Global Consulting

Biznesiniz üçün ən effektiv həll yolları bizdə!

Global Consulting

Biznesiniz üçün ən effektiv həll yolları bizdə!
Partner
Partner
Partner
Partner
Partner
Partner
Partner
Partner

Haqqımızda

Biz beynəlxalq təcrübəyə əsaslanaraq, geniş filiallarımız vasitəsilə sizə öz biznesinizi böyütməyə, məhsullarınızı bütün ölkəyə təqdim etməyə, eləcə də səsinizi hər kəsə çatdırmağa dəstək ola bilərik. Bunun üçün, sizə 5 fərqli istiqamət üzrə əməkdaşlıq təklif edirik.

  • Gömrük Xidmətləri
  • Loqistika Xidmətləri
  • Marketinq Xidmətləri
  • Reklam Xidmətləri
  • Turizm Xidmətləri

“Global Consulting Co.” şirkəti beynəlxalq yüklərin dəniz yolu, avtomobil yolu və hava yolu vasitəsilə Azərbaycana yaxud da xarici ölkələrə daşınmasını təşkil edir. Eyni zamanda, şirkətimiz dünyanın istənilən ölkəsindən sifariş etdiyiniz yüklərin daşınmasında ən etibarlı və təhlükəsiz daşınma marşrutunu tərtib edərək, daşınan yüklərinizin sənədlərinin hazırlanması və yüklərinizin gömrükdə rəsmiləşdirilməsini təmin edir.


Şirkətimiz sizə yüklərinizi ölkə daxili və bütün dünya boyu daşınma xidmətini təklif edirik. Siz bizim logistika xidmətimizdən istifadə etməklə, yüklərinizin təhlükəsiz şəkildə mənzil başına çatıdırılacağından tam əmin ola bilərsiniz.

Xidmətlər

Gömrük Xidmətləri

Gömrük Xidmətləri

Gömrük məntəqələrinə getmədən, bizimlə gömrük təmsilçiliyi xidmətlərinin göstərilməsinə dair xidmət müqaviləsi imzalayıb, etibarnamə təqdim etməklə, vaxtınıza və pulunuza qənaət edərək dünyanın istənilən ölkəsindən sifariş etdiyiniz yükü bizim vasitəmizlə rahat bir şəkildə ünvanınızda təhvil-təslim aktı əsasinda təhvil ala bilərsiniz.

Loqistika Xidmətləri

Loqistika Xidmətləri

Yükünüz Bizimlə Təhlükəsiz Əllərdədir! Müasir biznes dünyasında vaxtında, təhlükəsiz və səmərəli daşınma uğurun əsas şərtlərindəndir.GLOBAL CONSULTING, müştərilərimizə peşəkar, etibarlı və optimal loqistika həlləri təqdim edərək, təkcə yük daşımırıq – etibar və güvən daşıyırıq.

Marketinq Xidmətləri

Marketinq Xidmətləri

Brendinizi Gücləndirən Həllər Bugünkü rəqabətli mühitdə yalnız keyfiyyətli məhsul və ya xidmət təklif etmək kifayət etmir – uğurun açarı düzgün marketinq strategiyası və davamlı müştəri əlaqələrindədir.GLOBAL CONSULTING, brendinizi tanıtmaq, müştəri bazanızı genişləndirmək və satışlarınızı artırmaq üçün peşəkar marketinq xidmətləri təklif edirik.

Reklam Xidmətləri

Reklam Xidmətləri

Brendinizi Görünən Edirik! Rəqabətli bazarda seçilmək üçün yalnız yaxşı məhsul yetərli deyil – sizi tanıdan, yadda qalan və nəticə verən reklam strategiyası lazımdır.GLOBAL CONSULTING, markanızı daha geniş auditoriyaya çatdırmaq, satışlarınızı artırmaq və brend dəyərinizi yüksəltmək üçün peşəkar reklam xidmətləri təqdim edirik.

Turizm Xidmətləri

Turizm Xidmətləri

Dünyanı kəşf etmək istəyirsiniz, amma hara və necə gedəcəyinizi bilmirsiniz? O zaman doğru ünvandasınız! GLOBAL CONSULTING, fərdi və qrup turları, vizə dəstəyi, aviabiletlər, otel rezervasiyaları və daha çoxu ilə sizi arzuladığınız səyahətə bir addım daha yaxınlaşdırırıq.

İş Prossesimiz

Xidmətlərimiz haqqında ətraflı məlumat

Gömrük Xidmətləri

Gömrük Xidmətləri

Gömrük məntəqələrinə getmədən,bizimlə gömrük təmsilçiliyi xidmətlərinin göstərilməsinə dair xidmət müqaviləsi imzalayıb, etibarnamə təqdim etməklə, vaxtınıza və pulunuza qənaət edərək dünyanın istənilən ölkəsindən sifariş etdiyiniz yükü bizim vasitəmizlə rahat bir şəkildə ünvanınızda təhvil-təslim aktı əsasinda təhvil ala bilərsiniz.

  • Tam gömrük təmsilçiliyi xidmətlərimizə daxildir:
  • Müqavilənin qüvvədə olduğu müddətdə ödənişsiz əsaslar ilə gömrük sahəsi üzrə konsaltinq xidməti:
  • Yükə dair sənədlərin qısa zamanda götürülməsi;
  • Elektron Gömrük Bəyannaməsinin tərtib olunmasi:
  • İcazə tələb olunan yüklərə müvafiq dövlət orqanlarından aidiyyati icazə sənədlərinin alınması;
  • Gömrük rəsmiləşdirilməsi əməliyyatının həyata keçirilməsi;
  • Gömrük ödənişlərini sifarişçinin kartı ilə və ya onun tapşırığı ilə onun əvəzindən bizim tərəfimizdən ödənilməsi;
  • Yüklərin təhvil-təslim aktı əsasında təyinat ünvanına çatdırılması və təhvil verilməsi;
  • Elektron arxivdən istifadə hüququ.
  • ''Global Consulting Co.'' Gömrük təmsilçiliyi fəaliyyət sahəsi üzrə gömrükdən istifadə edən vətəndaşlara və sahibkarlar müvafiq gömrük məntəqələri üzrə yardımçı gömrükləmə xidmətlərini təklif edir.
  • Gömrük rəsmiləşdirilməsi üzrə yardımçı xidmətlərə daxildir;
  • İstənilən növ Elektron Gömrük Bəyannaməsinin və qisa idxal bəyannaməsinin tərtib olunmasi;
  • İdxal və ixrac edilmiş malların müəyyən mərhələyə qədər gömrük rəsmiləşdirilməsinin icrası;
  • Kompleks tranzit əməliyyatı xidməti;
  • Müvəqqəti saxlanc rejimi;
  • XİF kodların müəyyən olunması;
  • Sifariş əsasında nümunələrin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertiziya idarəsinə göndərilməsi xidməti;
Daha Çox
Loqistika Xidmətləri

Loqistika Xidmətləri

Müasir biznes dünyasında vaxtında, təhlükəsiz və səmərəli daşınma uğurun əsas şərtlərindəndir. Biz, Global Consulting Co, müştərilərimizə peşəkar, etibarlı və optimal loqistika həlləri təqdim edərək, təkcə yük daşımırıq – etibar və güvən daşıyırıq.

  • Xidmətlərimiz
  • Yük Daşımaları (Daxili və Beynəlxalq)
  • Avtomobil, hava, dəniz və dəmir yolu ilə daşınma
  • Tam və qismən yüklərin (FTL/LTL) çatdırılması
  • Türkiyə, Avropa, Çin, MDB ölkələri və Yaxın Şərq istiqamətləri üzrə müntəzəm reyslər
  • Ekspress və planlaşdırılmış çatdırılma
  • Gömrük Rəsmiləşdirilməsi
  • İdxal və ixrac üçün bütün gömrük prosedurlarının təşkili
  • Sənədləşmə, bəyannamələrin hazırlanması, malların təsnifatı və vergilərin hesablanması
  • Gömrük orqanları ilə operativ əlaqə və tam hüquqi dəstək
  • Anbar Xidmətləri və Saxlama
  • Müasir və təhlükəsiz qısa və uzunmüddətli anbar sahələri
  • Malların qəbul olunması, çeşidlənməsi, qablaşdırılması və yüklənməsi
  • İzləmə sistemi ilə stok nəzarəti və hesabatlar
  • Logistika Konsaltinqi və Rəqəmsal Həllər
  • Yük marşrutlarının optimallaşdırılması
  • Nəqliyyat və logistika xərclərinin azaldılması üzrə təkliflər
  • İzləmə sistemləri, avtomatlaşdırılmış hesabatlar və 24/7 izləmə paneli
  • Sahələr üzrə ixtisaslaşmışıq
  • Ticarət və distribusiya malları
  • Sənaye avadanlıqları və tikinti materialları
  • Ərzaq və tez xarab olan məhsullar (soyuq zəncir)
  • E-ticarət və kiçik paket çatdırılması (last-mile delivery)
  • Niyə Bizimlə İşləməlisiniz?
  • Etibarlı və vaxtında xidmət
  • Peşəkar sürücü və ekspeditor komandası
  • Sığortalı və sənədlə təmin olunmuş daşımalar
  • Fərdi yanaşma və müştəri dəstəyi
  • Rəqabətli qiymətlər və şəffaf əməkdaşlıq
  • Yükünüz harada olursa olsun, biz onu ünvana çatdırırıq!
Daha Çox
Marketinq Xidmətləri

Marketinq Xidmətləri

Bugünkü rəqabətli mühitdə yalnız keyfiyyətli məhsul və ya xidmət təklif etmək kifayət etmir – uğurun açarı düzgün marketinq strategiyası və davamlı müştəri əlaqələrindədir. Biz, Global Consulting Co, brendinizi tanıtmaq, müştəri bazanızı genişləndirmək və satışlarınızı artırmaq üçün peşəkar marketinq xidmətləri təklif edirik.

  • Marketinq Strategiyasının Hazırlanması
  • Hər uğurlu kampaniyanın təməlində düzgün hazırlanmış strategiya dayanır. Biz:
  • Bazar və rəqib analizi aparırıq
  • Hədəf auditoriyanızı müəyyən edirik
  • Brend məqsədlərinizə uyğun fərdi marketinq planı hazırlayırıq
  • Bu yanaşma nəticəsində marketinq fəaliyyətləriniz təsadüfi deyil, məqsədyönlü və hədəfə istiqamətlənmiş olur.
  • Rəqəmsal Marketinq Xidmətləri
  • Brendinizin onlayn görünürlüğünü artırmaq üçün effektiv rəqəmsal alətlərdən istifadə edirik:
  • Sosial media idarəçiliyi (Instagram, Facebook, TikTok, LinkedIn və s.)
  • Reklam kampaniyalarının qurulması (Meta Ads, Google Ads, YouTube)
  • SEO (Search Engine Optimization) – Vebsaytınızın Google axtarışlarında üst sıralarda çıxması üçün texniki və kontent optimizasiyası
  • E-mail və SMS marketinq – Mövcud müştərilərinizlə əlaqəni gücləndirin
  • Vebsayt və landing page dizaynı – Konversiya yönümlü və mobil uyğun platformalar
  • Brendinq və Vizual Kimlik
  • Müştərilər sizi tanımalı, sevməli və xatırlamalıdır. Biz sizə:
  • Loqo dizaynı
  • Rəng palitrası və şrift seçimi
  • Vizual üslub kitabçası
  • Sosial media üçün dizayn şablonları
  • təqdim edərək brendinizi vizual olaraq möhkəmləndiririk.
  • Kontent Marketinq və Kreativ Yanaşma
  • İnsanlar reklam deyil, dəyərli məzmun istəyir. Komandamız:
  • Blog yazıları və məhsul təsvirləri
  • Sosial media üçün qısa və cəlbedici postlar
  • Video və foto kontent istehsalı
  • Sloqan və reklam mesajlarının hazırlanması
  • ilə müştərilərlə dəyər əsaslı əlaqələr qurur.
  • Analitika və Rəqəmsal Monitorinq
  • Bütün kampaniyalarınızı real vaxtda izləyir, nəticələri analiz edir və strategiyanı daim təkmilləşdiririk. İstifadə etdiyimiz vasitələr:
  • Google Analytics
  • Meta Business Suite
  • UTM izləmə sistemləri
  • Müştəri davranışının analizi
  • Nəticəyə Yönəlmiş Yanaşma
  • Bizim məqsədimiz yalnız reklam etmək deyil – sizə real nəticə qazandırmaqdır:
  • Satışlarda artım
  • Brend tanınırlığının yüksəldilməsi
  • Müştəri loyallığının gücləndirilməsi
  • Rəqiblərdən fərqlənmək.
Daha Çox
Reklam Xidmətləri

Reklam Xidmətləri

Rəqabətli bazarda seçilmək üçün yalnız yaxşı məhsul yetərli deyil – sizi tanıdan, yadda qalan və nəticə verən reklam strategiyası lazımdır. Biz, Global Consulting Co, markanızı daha geniş auditoriyaya çatdırmaq, satışlarınızı artırmaq və brend dəyərinizi yüksəltmək üçün peşəkar reklam xidmətləri təqdim edirik.

  • Strateji Reklam Planlaması
  • Hədəf kütlənizi, bazar tendensiyalarını və brend məqsədlərinizi analiz edərək, sizin üçün fərdi reklam strategiyası hazırlayırıq. Məqsədimiz yalnız reklam yerləşdirmək deyil – nəticə gətirəcək kampaniyalar qurmaqdır.
  • Rəqəmsal Reklam Xidmətləri
  • • Sosial Media Reklamları (Facebook, Instagram, TikTok Ads) – Vizual baxımdan cəlbedici, düzgün hədəflənmiş reklamlarla geniş kütləyə çatın.
  • • Google Reklamları (Search, Display, YouTube) – Axtarış nəticələrində və məzmun platformalarında markanızı önə çıxarın.
  • • Remarketing Kampaniyaları – Saytınıza daxil olub alış etməyən istifadəçiləri geri qaytarmaq üçün effektiv həllər.
  • Ənənəvi Reklam Xidmətləri
  • • Outdoor reklamlar (billboard, lightbox, banner) – Göz önündə olun, şəhərin strateji nöqtələrində yer alın.
  • • TV və Radio reklamları – Kütləvi auditoriyaya birbaşa çatmaq üçün kreativ və yaddaqalan reklam çarxları.
  • • PR – Jurnallarda, qəzetlərdə və digər çap vasitələrində effektiv tanıtım.
  • Kreativ Xidmətlər və Kontent İstehsalı
  • • Reklam çarxlarının hazırlanması – Peşəkar ssenari, çəkiliş və montaj xidməti.
  • • Banner və vizual dizaynlar – Fərqli ölçülərdə, rəqəmsal və çap üçün yüksək keyfiyyətli dizaynlar.
  • • Sloqan və mətn yazılışı – Brend mesajınızı aydın və təsirli şəkildə çatdıran kreativ yazılar.
  • Monitorinq və Analitika
  • Yalnız reklam yerləşdirməklə kifayətlənmirik – hər kampaniyanın nəticələrini analiz edir, performansa uyğun təkmilləşdirmələr edirik. Bu, reklam büdcənizin səmərəli istifadəsini təmin edir.
Daha Çox
Turizm Xidmətləri

Turizm Xidmətləri

Turizm Xidmətləri – Səyahətiniz Bizimlə Başlayır!

  • Dünyanı kəşf etmək istəyirsiniz, amma hara və necə gedəcəyinizi bilmirsiniz? O zaman doğru ünvandasınız! Biz, Global Consulting Co, fərdi və qrup turları, vizə dəstəyi, aviabiletlər, otel rezervasiyaları və daha çoxu ilə sizi arzuladığınız səyahətə bir addım daha yaxınlaşdırırıq.
  • Fərdi və Qrup Turları
  • • Müxtəlif büdcələrə uyğun daxili və xarici turlar
  • • Tətil, istirahət, mədəniyyət və ziyarət məqsədli proqramlar
  • • Tur rəhbəri ilə komfortlu və təhlükəsiz səyahətlər
  • • Sezon və xüsusi günlər üçün kampaniyalı turlar (Novruz, Yeni İl, Yay turları və s.)
  • Otel Rezervasiyası
  • • Dünyanın istənilən yerində otellərin rezervasiyası
  • • 5 ulduzlu lüks otellərdən başlayaraq ekonom otellərə qədər geniş seçim
  • • Hər zövqə və büdcəyə uyğun təkliflər
  • • Otel seçimində məsləhət və istiqamət xidməti
  • Aviabilet Xidməti
  • • Dünyanın bütün istiqamətlərinə ekonom və biznes sinif aviabiletlər
  • • Onlayn və ya ofisdə sürətli bilet sifarişi
  • • Uçuş tarixlərində dəyişiklik, bagaj məhdudiyyəti və tranzit uçuşlar haqqında tam məlumat dəstəyi
  • Vizə Dəstəyi
  • • Şengen, ABŞ və digər ölkələrə vizə müraciəti və sənəd toplanması
  • • Müsahibə üçün hazırlıq və məsləhətlər
  • • Sənədlərin düzgün hazırlanmasına və vaxtında təqdim olunmasına tam nəzarət
  • Transfer və Nəqliyyat Xidmətləri
  • • Hava limanı – otel – turistik yerlər arası komfortlu nəqliyyat
  • • VIP transferlər, mikroavtobus və şəxsi sürücü xidməti
  • • Qrup və korporativ səyahətlər üçün xüsusi nəqliyyatın təşkili
  • Əlavə Xidmətlər
  • • Sığorta xidməti – səfər zamanı sağlamlıq və təhlükəsizlik təminatı
  • • Ekskursiyalar və yerli bələdçi xidməti – gedəcəyiniz ölkənin tarixini və mədəniyyətini dərindən tanıyın
  • • Mədəni və korporativ tədbirlərin təşkili – xaricdə tədbirlər, konfranslar və iş görüşmələri üçün tam paket
Daha Çox

Əməkdaşlarımız

Öz sahələrində 5 ildən çox xidmət göstərən peşəkar kollektivimizlə daha yaxından tanış olaq.

Zeynalov Nəriman

Zeynalov Nəriman

Təhsisçi və Direktor

Axundov İlqar

Axundov İlqar

Broker xidməti üzrə baş mütəxəssis

Əliyev Əlibala

Əliyev Əlibala

Gömrükləşmə xidməti üzrə baş mütəxəssis

Məmmədov Nəcəfxan

Məmmədov Nəcəfxan

Broker xidməti üzrə aparıcı mütəxəssis

Məmmədova Nazifə

Məmmədova Nazifə

Gömrükləşdirmə xidməti üzrə aparıcı mütəxəssis

Fərhadov Şahin

Fərhadov Şahin

Gömrükləşmə xidməti üzrə mütəxəssis

Qasımov Hüseyn

Qasımov Hüseyn

Gömrükləşmə xidməti üzrə mütəxəssis

Abbasov Cavid

Abbasov Cavid

Broker xidməti üzrə mütəxəssis

Kərimov Zaur

Kərimov Zaur

Loqistika xidməti üzrə menecer

Əlaqə

Global Consulting Company-ə məktub göndərmək üçün aşağıdakı formanı doldurun.

Adres

Bakı şəhəri,Xətai rayonu,Fəzail Bayramov küçəsi,AVA Business Centre

Telefon nömrəsi

+994 55 235 25 13

Mail

office@globalconsulting.co.az

Loading...
Sizin məktub göndərildi